
Biz Kod Group şirkəti – yaradıcılıq fəaliyyətimizə 2006-cı ildən başlamışıq. İlkin olaraq işimiz geniş formatlı çap və reklam işlərinin görülməsindən ibarət idi. Zaman keçdikcə fəaliyyət sahəmizi genişləndirərək yeni şöbələrimizi yaratdıq. Tərtibat və təqdimat işləri, sərgi stendləri, avtobrendinq, alkopan cəbhə işləri və bir sıra başqa sahələri fəaliyyətimizə əlavə etdik. Həmçinin bu illər ərzində bir sıra uğurlara imza ataraq, işçi heyətimizi və iş sahəmizi genişləndirərək, mağaza vitrin sistemlərinin istehsalı və qurulması, interyer dekorasiya, layihələndirmə və mebel sahəsində də öz yerimizi tutmuşuq.
Biz hər zaman müştərilərimizə kreativ təkliflər verərək, sifarişlərimizi operativ şəkildə hazırlamaqla, dinamik işçi heyəti ilə komanda şəklində yerinə yetiririk.
Məqsədimiz yaradıcı və qeyri adi reklam vasitələri hazırlamaq, interyer və eksteryer xidmətlər göstərməklə müştərilərimizin biznesinin genişlənməsinə, inkişaf etməsinə və brendə çevrilməyinizə dəstək olmaqdır.
Müştərilərimiz